Korporativ müştərilər üçün
Sifariş blankı

ADSL istifadəçiləri üçün
Online qeydiyyat

Ana səhifə / FAQ

1.  Mənim Wİ-Fİ bağlantım işləmir? Bu problem nə ilə əlaqədar ola bilər?
Kompüterinizdə wi-fi qurğusunun qoşulu olub olmaması bilmək lazımdır.Çünki wi-fi avadanlıqdan asılı olaraq üzərindəki fiziki düymə və ya əməliyyat sisteminin özündən söndürülmüş ola bilər. Əgər wireless qurğusunun qoşulu olduğundan əminsinizsə, onda sistemdən wireless axtarış etmək lazımdır.Modeminizin wi-fi nı axtarış siyahısında tapıb qoşulmaq lazımdır.Bu zaman şifrə tələb edərsə təhlükəsizlik şifrənizi daxil edirsiniz.Əgər şifrə ilə problem yaranarsa, bizə müraciət etməyiniz xahiş olunur.
2.  Mən yüksək sürətli internetə necə qoşula bilərəm?
Siz ev telefonunuzla yüksək sürətli internet xidmətinə bağlana bilərsiniz. Bunun üçün Sizin telefon nömrənizin bizim xidmətin dəstəklədiyindən əmin olmalısınız.
3.  İnternetə qoşulduqdan sonra faksdan istifadə edə bilərəmmi? Telefon rabitəsinin keyfiyyəti dəyişməyəcək ki?
Telefon(və ya faks) əvvəlki kimi işləməyə davam edəcək.İnternet və telefon xidmətinin eyni xətt üzərindən işləməsi fərdi tezliklərin istifadəsi hesabına alınır.Tezliklərin bölünməsi üçün adsl splitterdən istifadə edilir.Modemin komplektinə daxil olan splitter qurulur, ona telefon xətti, telefon(və ya faks) və modem qoşulur.Telefon xətti daxili ATS-ə qoşulubsa, splitter və modem ofis ATS-dən əvvəl qoşulur.
4.  У меня не работает Wi-Fi – соединение. С чем это может быть связано?
Нужно знать подключено или нет Wi-Fi – оборудование к компьютеру. В зависимости от оборудований, Wi-Fi может быть выключен физической кнопкой либо оперативной системой. Если вы уверены в подключении wireless, то искать его нужно в системе. Необходимо найти в списке Wi-Fi – подключение вашего модема. При потребности нужно ввести ключ безопасности. При возникновении проблемы с паролем, просим связаться с нами.
5.  Qoşulmaq üçün nə sənədlər lazımdır?
Qoşulmaq üçün ev telefon nömrəsi kimin adınadırsa onun şəxsiyyətini təstiq edən sənəd və müqavilə bağlamağa gələn şəxsin sənədi lazımdır.
6.  Как я могу подключиться к высокоскоростному интернету?
При помощи вашего домашнего телефона вы можете подключиться к высокоскоростному интернету. При этом вы должны быть уверены в возможности обслуживания вашего номера нашим провайдером.
7.  Qoşulma neçə günə həyata keciriləcək?
Qoşulma 7 iş günü ərzində həyata keçirilir.
8.  Mən İnternetin müvəqqəti dayandırmaq üçün nə etməliyəm?
İnternet xəttini müvəqqəti dayandırmaq üçün ofisə müraciət etmək lazımdır.
9.  Müvəqqəti dayandırma müddəti neçə ay olur?
İnternet xəttini müvəqqəti dayandırmaq maksimal müddəti 3 aydır.
10.  Müvəqqəti dayandırılmlş interneti bərpa etmək üçün nə etmək lazımdır?
Müvəqqəti dayandırılmiş internet xəttini bərpa etmək üçün ofisə müraciət etməlisiniz.
11.  Mən tarif planımı dəyişmək üçün nə etməliyəm?
Tarif planı dəyişmək üçün ofisə müraciət etmək və ya http://www.azstarnet.az/request on-line müraciət edə bilərsiniz.
12.  На сколько месяцев можно приостановить работу интернета?
Максимальное время – 3 месяца.
13.  Müştəri xidmətləri ilə necə əlaqə saxlaya bilərəm?
Müştəri xidmətləri ilə əlaqə saxlamaq üçün - Qaynar xətt 128
14.  Qoşulmaq üçün modemdə hansı parametrlər sazlanmalıdır?
Qoşulma tipi: PPPoE
Mode: Auto (vəya GDMT, ADSL2, ADSL2+)
VPI: 0, VCI: 35
İstifadəçi adı: 7 rəqəmli telefon nömrəniz
Şifrə: Şifrəniz
15.  DNS serverləriniz hansılardır?
DNS1: 89.147.199.1
DNS2: 89.147.255.1
16.  Mail serveriniz üçün parametrlər hansılardır?
POP3: mail.azstarnet.az, port 110
SMTP: mail.azstarnet.az, port 25 (Avtorizasiya tələb edir)
17.  ADSL abunəçisiyəm və SMTP serverə 25ci port vasitəsilə qoşula bilmirəm.
Bütün ADSL abunəçilərində SPAM-ın qarşısı alınması məqsədi ilə 25-ci port bağlanılmışdır. Yalnız abunəçinin müraciətindən sonra 25ci port açıla bilər.
18.  Sizdə internetdə hər hansı limit varmı?
Xeyir, 25ci port (SMTP) istisna olmaqla, internetdə biz heç bir limit tətbiq etmirik.
19.  İnternetdə tez-tez qırılmalarım olur. DSL lampası tez-tez sönür. Bu nə ilə bağlıdır?
İnternetdə qırılmalar bir neçə səbəbdən baş verə bilər. Splitterin düzgün qoşulmaması vəya xarab olması, abonentin xəttində problemlərin olması.
20.  Я абонент ADSL и не могу подключиться к серверу SMTP с помощью 25-гог порта.
Для предотвращения получения СПАМА, у всех абонентов ADSL закрыт 25-ый порт. Только после обращения самого абонента возможно открытие 25-ого порта.
21.  ADSL xidmətindən normal istifadə etmək üçün xəttin göstəriciləri hansı standartlara uyğun olmalıdır?
Siqnalın sönməsi (Line Attenuation):
20 dB qədər — əla xətt
20 dB - 40 dB — normal xətt
40 dB - 50 dB — Qırılmalar olur
50 dB - 60 dB — sinxronizasiya itir
60 dB dən yuxari — avadanlıq işləmiyəcək

SN Margin (AKA Signal və ya Noise Margin və ya Signal-to-Noise Ratio)
7 dB qədər — sinxronizasiya itir. keyfiyyətsiz xəttdir
7 dB - 10 dB — qırılmalar ola bilər.
10 dB - 20 dB — Normal xətt
20 dB - 29 dB — Yaxşı xətt
29 dB dən yuxari — Əla xətt
22.  Online oyunlarda ping göstəricisi yüksəkdir, mən ping müddətinin azaldılması lazımdırki internet üzərindən online oyunları problemsiz oynamaq imkanım olsun.
Biz sizə GDMT modulyası ilə fast rejimini təklif edə bilərik və sizdə olan PING müddəti enəcək. Amma bu halda qırılmamaların baş verməməsi üçün sizin xəttin göstəriciləri standartlara uyğun olmalıdır.
23.  Internetdə tez-tez donmalar baş verir və mən internetdən normal istifadə edə bilmirəm. Kimə müraciət olunmalıdır bu halda?
İlk öncə siz bizim texniki şöbə ilə əlaqə saxlamalısız. Əgər problem fiziki xəttinizlə bağlıdırsa, siz ATS - lə əlaqə saxlayıb, xəttinizin yoxlanılmasını sifariş edə bilərsiniz. Əgər sizin komyuterdə hər hansı bir nasazlıq baş verərsə, siz kompyuter servisinə müraciət etməlisiniz.
24.  İnternetin real sürəti nədən asılıdır?
Real sürət xəttin göstəricilərindən, seçdiyiniz tarifdən və qoşulduğunuz serverin yüklənilməsindən asılıdır.
25.  Mənim İP ünvanım tez-tez dəyişilir. Mən statik (dəyişilməyən) İP ünvanı necə əldə edə bilərəm?
Statik İP ünvanını əldə etmək üçün bizə müraciət etməlisiniz. Statik İP ünvanın aylıq abunə haqqı 2 AZN-dir.
26.  Əgər mənim abunə nömrəm siqnalizasiya xidmətinə qoşulubsa, mən sizin adsl xidmətinizə qoşula bilərəmmi?
Xeyr.
27.  Hansı Tarif paketini mənə tövsiyyə edə bilərsiniz?
Bu sizin internet tələbatınızdan asılıdır. Əgər siz çoxlu yükləmələr edirsinizsə və online filmlərə tez-tez baxırsınızsa, bu halda siz Limitsiz tarif paketlərindən yararlana bilərsiniz. Yox əgər siz az yükləmələr edirsinizsə və sizə daha yüksək sürətlə internetə çıxış lazımdırsa istədiyiniz limitli tarif planlarından birini seçə bilərsiniz.
28.  İstifadə etdiyim trafik həcminə necə nəzarət edə bilərəm?
Veb brauzerinizdən http://customer.azstarnet.az/ ünvanına daxil olub telefon nömrənizi və şifrənizi yazıb şəxsi kabinetə daxil olursunuz. Sol tərəfdə Traffik istifadəsi menyusuna daxil olub baxa bilərsiniz.
29.  İnternetə qoşulmuşam, amma paralel telefondan istifadə etdikdə internet kəsilir.
Siz splitteri düzgün qoşmamısınız. Bütün telefon aparatları və faks splitterdən sonra qoşulmalıdır.
30.  Bir ADSL qoşulma ilə bir neçə kompyuteri qoşmaq mümkündür?
Şəbəkədə paylayıcı (switch, access point) avadanlıqlardan istifadə etmək şərti ilə istənilən qədər kompyuteri birləşdirmək mümkündür.
31.  Mənim modemimdə bütün işıqlar yanır amma internet işləmir. Modemdə internet var, lakin kompyuterimdə yoxdur. Bu problem nə ilə əlaqəlidir?
Problem sizin şəbəkə kartınızla, veb brauzerinizlə vəya digər amillərlə əlaqədar ola bilər. Bu problemlə əlaqədar provayder məsuliyyət daşımır.
32.  Xostinqlə bağlı məlumatı necə əldə etmək olar?
Siz bizim http://azstarnet.az/hosting_services linkinə daxil olub, lazım olan məlumatı əldə edə bilərsiniz.
33.  Sizinlə yeni müqavilə bağlamışam. Telefon xəttimə internetin verilməsini, necə öyrənə bilərəm?
Sizin modem qoşulu vəziyətdə olmalıdır. ATS-də sizin telefon xəttiniz fiziki olaraq bizim avadanlığa qoşulduqdan sonra, sizin modem avtorizasiyadan keçəcək və sizin mobil nömrənizə internetinizin aktiv olunduğu barəsində SMS bildirişi gələcək.

Burada olmayan və sizi maraqlandıran suallarınızı office@azstarnet.az ünvanına göndərə bilərsiniz.