«Neft və qaz, Neft emalı və Neft kimyası» sərgisi
Bu günlərdə Heydər Əliyev adına İdman və Əyləncə Kompleksində keçirilən “Neft və qaz, Neft emalı və Neft kimyası” sərgisində bizim mütəxəssislər tərəfindən sərgi zalının bütün ərazisində “hot-spot” (internetə simsiz giriş məntəqəsi) təşkil olunmuşdur. “Az.StarNet” sərgidə Rəsmi İnternet Provayder kimi iştirak etdi. Kompleksdə hər birinin Wi-Fi simsiz şəbəkə ilə internetə qoşulması üçün Motorola Canopy şirkətinin lazımi simsiz avadanlıqları quraşdırılmışdır.
Sərgiyə öz mobil kompyuteri (noutbook) ilə gələn hər bir şəxs 7 Mbps – lıq kanal ilə pulsuz olaraq İnternet şəbəkəsində müntəzəm işləmək imkanına malik idi.
7- 10 iyun 2005-ci il tarixində Az.StarNet şirkəti 12-ci Beynəlxalq Neft və Qaz sərgisində istirak edəcək. Burada ilk dəfə olaraq WiFi texnologiyası əsasında HOT SPOT-lar təşkil olunacaq. Sərgi iştirakçılarına və bura gələnlərə yüksəksürətli internet pulsuz olaraq təqdim olunacaq.
