Proqramlaşdırma
Müasir dünyanın informasiya dünyası olması şəksizdir. İnformasiyanın
istehsalı və istehlakı müasir İnformasiya Texnologiyalarının tətbiqi olmadan demək olar ki, qeyri-mümkündür. Bu texnologiyaların önündə proqramlaşdırma gedir. Müasir proqram sistemlər öz əcdadlarından daha mükəmməl olmalarına baxmayaraq, informasiya ilə bağlı bütün problemələri həll etmək iqtidarında deyillər və proqramçılara ehtiyac daha da çoxalıb.Tam universal sistmlər mövcud deyildir. Süni intelekt sahəsində aparılan tədqiqatlar bütün işlərə yarayacaq universal, ağıllı sistelmlərin yaradılmasına nail olmadı. Kompüter istifadəçiləri arasında geniş yayılmış "intelektual" sistem fikiri mifdən başqa bir şey deyil. Yalnız konkret məsələləri həll etmək üçün proqram sistemləri mövcuddur. Bu sistemlər sadə və ya mürəkkəb alqoritmlərə malik ola bilər, amma onlar nəzərdə tutulmamış məsələlərin həllində acizdirlər.

