Ana səhifə / Data xidmətləri

Data xidmətləri


VPN, Virtual Private Network (Virtual Xüsusi Şəbəkə)-nin qısaltması olub, şəbəkəyə etibarlı formada uzaqdan qoşulmada istifadə oluna texnologiyalardan biridir. VPN-lə uzaqdan qoşulduqda, uzaqdan qoşulan cihaz qonaq kimi deyil sanki şəbəkəyə fiziki olaraq qoşulmuş kimi olur.

Şirkətlər tərəfindən çox istifadə edilən VPN; idarə heyyətinin, uzaq ofislərin, filial, satış təmsilçilərinin etibarlı şəkildə xüsusi şəbəkəyə qoşulmalarını təmin edir.

VPN, internet kimi hərkəsə açıq telekomunikasiya vasitələrini istifadə edərək istifadəçiləri vəya uzaq ofisləri firmanın lokal kompüter şəbəkəsinə etibarlı bir şəkildə qoşulmanı təmin etmək üçün virtual kompüter şəbəkə formasıdır. VPN adətən uzaq ofislər arasında nöqtədən nöqtəyə xətlər (lease line) yerinə standart əlaqələr vasitəsilə daha ucuz qiymətə başa gələn eyni xidməti təmin edir. Sadə istifadəçilər üçün isə uzaqdan (hər hansı bir yerdən) sanki fiziki olaraq ofis içərsindəymiş kimi işləmə imkanın təmin edir.

VPN eyni xüsusi şəbəkədə olmayan bir vəya daha çox şəbəkə cihazı arasında etibarlı bir şifrələmə metodu istifadə edərək kapsüllanmış verilənlərin ötürülməsin həyata keçirir.
Etibarlı şifrələmə metodunun istifadə məqsədi verilənlərin özəl vəya umumi sahədəki digər şəbəkə cihazlarından gizlənməsidir.

VPN-in iş prinsipi
VPN qonşu şəbəkələr arasında gizli və özəl bir məlumat axışını təmin etmək məqsədilə qurulur. Paketlər internet vasitəsilə getsədə tünelləmə və istifadə  olunan təhlükəsizlik proqramları sayəsində şəbəkə izlənsə belə şifrələnmiş paketlərə hücum edən adama əldə ettiyi məlumatlar heçbir məna ifadə etməz.